HAQQIMIZDA
1998-ci ildən etibarən rahat və sağlam yuxu üçün döşəklər istehsal edirik. İlk gündən bəri əsas prinsipimiz dəyişməz qalıb:
“Sağlam döşək – sağlam həyat”
Biz bilirik ki, insan ömrünün üçdə biri yuxuda keçir. Buna görə də istehsal etdiyimiz hər döşəyin mərkəzində rahatlıq və sağlamlıq dayanır. Döşək dəbdəbə üçün yox, sağlam yuxu üçün seçilməlidir – biz isə bu rahatlığı hər kəs üçün əlçatan edirik.
Kiçik bir komandadan başlayan yolumuz bu gün yüzlərlə ailənin seçiminə çevrilib. Fabrikimizdə çalışan mütəxəssislər hər döşəyi sanki öz evləri üçün hazırlayır və “ROYAL zəmanəti” ilə təqdim edirlər.
Məqsədimiz
Hər bir azərbaycanlı ailəsini ortopedik döşəklərlə tanış etmək və onların sağlam həyatına töhfə vermək.
Missiyamız
İnsanların bizə göstərdiyi etimadı ənənəyə çevirmək, hər zövqə uyğun çeşid təqdim etmək və hər evə sağlam yuxu gətirmək.
Etibarlı tərəfdaşlıqlarımız
Polad yayların keyfiyyətinə zəmanət verən uzunmüddətli tərəfdaşımız.
Yüksək keyfiyyətli parça istehsalında lider.
Müasir texnologiyalarla istehsal olunan material təminatçımız.
Döşəklərdə istifadə olunan innovativ xammal üzrə tərəfdaşımız.
Keyfiyyətli süngər və ortopedik material təminatçımız.
Bugün “Royal Yataq” məhsullarını Riyad Mebel Mərkəzi, Bakıda 50-yə yaxın, regionlarda isə yüzlərlə mağazadan əldə etmək mümkündür.